Əliyar Ağayev Avroliqaya təyinat aldı

Avropa Liqasının qrup mərhələsinin I turu çərçivəsində keçiriləcək "Vitoriya Gimaraynş” (Portuqaliya) – "Zalsburq” (Avstriya) görüşünü Azərbaycanın FİFA referisi Əliyar Ağayev idarə edəcək.
 
Görüşün yan xətt hakimləri Rza Məmmədovla Zeynal Zeynalov olacaqlar. Rəhim Həsənovla Orxan Məmmədov baş hakimi əlavə köməkçiləri, Mübariz Həşimov isə 4-cü hakim funksiyasını yerinə yetirəcək.
 
Qeyd edək ki, matç sentyabrın 14-də "Afonsu Enrikiş” stadionunda keçiriləcək.