Millimizin rəqibinin baş məşqçisi həbs olundu

DÇ-2018-in seçmə mərhələsində Azərbaycan millisinin rəqiblərindən olan Şimali İrlandiya yığmasının baş məşqçisi Maykl O`Nil həbs olunub.  48 yaşlı mütəxəssis sərxoş halda avtomobil idarə etdiyinə görə, yerli polis tərəfindən saxlanılıb.

Hadisənin bazar günü, Edinburq yaxınlığında baş verdiyi qeyd olunur. O`Nil oktyabrın 10-da məhkəmə önünə çıxacaq.

Qeyd edək ki, millimiz cari seçmə mərhələdə Şimali İrlandiya yığmasına qarşı keçirdiyi hər iki oyunda məğlub olub (0:4, 0:1).