Sesk Fabreqas: "Qrup mərhələsinin sonunda qolları saya bilməyəcəksiniz"

"Yaxşı çıxış və yaxşı nəticə. Qrup mərhələsinin sonunda qolları saya bilməyəcəksiniz".
 
Bu sözləri "Qarabağ"la oyundan sonra "Çelsi"nin ispaniyalı futbolçusu Sesk Fabreqas deyib. O, çox yaxşı oynadıqlarını və yaxşı nəticə qazandıqlarını bildirib: "Bu gün əsas heyətdə 5 oyunçu dəyişikliyi baş vermişdi. Bununla belə, məhsuldarlıq göstərdik. Hesab edirəm ki, çox yaxşı oyun göstərdik. Əlimizdən gələni etdik. Qarşıdakı 21 gün ərzində 9 oyunumuz var və bu, bizim üçün çətin dövr olacaq".
 
Qeyd edək ki, "Çelsi" "Qarabağ"ı 6:0 hesabı ilə məğlub edib.