Konte: "Qarabağ"la oyun bizim üçün ideal başlanğıc oldu"
“Bu, bizim üçün ideal başlanğıc oldu. Qrupun ilk oyununda çoxlu qol vurduq və qapımızı toxunulmaz saxladıq”.
Bu sözləri “Çelsi”nin baş məşqçisi Antonio Konte Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”a qalib gəldikləri oyundan (6:0) sonra keçirilən mətbuat konfransında deyib.
İtaliyalı mütəxəssis futbolçularından ayrı-ayrılıqdan razılığını bildirib: “Komandamda xeyli müsbət məqamların şahidi oldum. Futbolçular oyuna əla köklənmişdi. Davide Zappakosta çox yaxşı oynadı. Eden Azar ən yaxşı formasına qayıtmaq üzrədir. Andreas Kristensen kimi oyunçulara da şans vermək çox vacibdir".
Konte Davide Zappakostanın cinahdan birbaşa “Qarabağ”ın qapısına vurduğu qol barədə də danışıb: "Zappakosta mənə dedi ki, məqsədi qapıya zərbə endirmək yox, qapı qarşısına ötürmə etmək olub. Ancaq o zərbə qolla nəticələndi. Bizim üçün də əsas olan qoldur”.
Konte artıq “Arsenal”la Premyer Liqadakı oyunları haqda düşünməli olduqlarını bildirib:“İndi biz davam etməliyik. Sabah istirahət etdib, sonra “Arsenal”la keçirəcəyimiz çətin qarşılaşma haqda düşünməliyik.