Türkiyə KİV-indən idda: Kollina "cinayətində" "Qarabağ" izi
Türkiyə mətbuatında maraqlı yazı çıxıb.
“Habertürk” qəzetinin yazarı Meriç Müldür maraqlı iddia ortaya atıb.
Müəllif son araşdırma yazısında Ukrayna yığmasının və klublaırnın avrokuboklarda 2010-17-ci illər aralığında keçirilən qarşılaşmalarının nəticələrinin şübhəli olduğunu iddia edib. Müldürün məhz bu illər aralığındakı oyunlardan şübhələnməsi əbəs deyil. Belə ki, iddiaya görə 7 il ərzində FİFA Hakimlər Komitəsinin rəhbəri və UEFA Hakimlərlə iş üzrə komitəsinin rəhbəri olan Pyerluici Kollinanın Ukrayna Futbol Federasiyasında vəzifədə olduğu vaxtda bu ölkənin təmsilçilərinin sanki yolu açılır. Bu işdə o UEFA prezidentinin ukraynalı köməkçisi Qriqori Surkislə əlaqəli işləyib
Yazıda 2014/15 mövsümündə “Qarabağ”ı da şübhəli məqamda AL-in qrupunda saxlayan “Dnepr” olmaqla bir çox Ukrayna klublarının avrokuboklarda hakim səhvləri sayəsində daha da irəli getməsi qeyd olunub.