"Qarabağ"ın legioneri üçün xoş xəbər
“Qarabağ”ın futbolçusu Dino Ndlovu uzun fasilədən sonra Cənubi Afrika Respublikasının (CAR) yığmasına çağırılıb. 27 yaşlı hücumçu klubundakı oyunu ilə nəhayət, millisinin baş məşqçisi Stüart Baksterin diqqətini cəlb edə bilib.
İngiltərəli çalışdırıcısı DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Burkina Faso ilə keçirəcəkləri rəsmi oyunda Ndlovunun da xidmətindən yararlanmaq niyyətindədi. Bu səbəbdən o, ötən yaydan “Qarabağ”ın formasını geinən Dinonun adını ilk dəfə 25 nəfərlik siyahısına daxil edib.
CAR millisi Burkina Faso ilə oktyabrın 7-də Yohannesburqda qarşılaşacaq.
Xatırladaq kki, Ndlovu 2012-ci ildə debüt eetdiyi millisində 4 oyun keçirib.