FİFA "Qarabağ"ın rəqibinə qarşı araşdırmaya başlayıb

FİFA "Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsində rəqibi olan "Çelsi" klubuna qarşı araşdırmalara başlayıb. Buna səbəb kimi 18 yaşına çatmamış əcnəbi oyunçularla müqavilələrin imzalanması göstərilib. Hazırda mümkün pozuntularla bağlı hərtərəfli araşdırmalar gedir və bu üzdən əlavə şərh verilməyib.

Maraqlıdır ki, bundan öncə "Qarabağ"ın qrupdakı digər rəqibi - Madrid "Atletiko"su eyni ittihamla cəzalandırılıb. Nəticədə ispanlara qışadək yeni oyunçu transfer etməsinə qadağa qoyulub. London təmsilçisi isə 2009 və 2016-cı illərdə eyni problem üzündən araşdırmalara məruz qalıb.