Güləşçilərimizdən DÇ-nin ilk günündə 5 medal
Bu gün Litvanın Klaypeda şəhərində keçirilən hərbçilər arasında güləş üzrə 32-ci dünya çempionatına start verilib. Yarışın ilk günündə Azərbaycanın altı idmançısı mübarizəyə qoşulub.
Belə ki, sərbəst güləşçilərimiz Əfqan Xaşalov (57 kq), Qalib Əliyev (61 kq), Ağahüseyn Mustafayev (65 kq), Coşqun Əzimov (70 kq) və qadın güləşçilərimizdən Türkan Nəsirova (48 kq) Tatyana Varantsova (53 kq) xalça üzərinə çıxıblar.
Sevindirici məqam ondan ibarətdir ki, yarışların ilk günündə MOİK idmançıları 5 medal qazanıb. 61 kq çəki dərəcəsində güləşən Qalib Əliyev bütün rəqiblərini üstələyyib və qızıl medala sahib çıxıb. Digər sərbəst güləşçilərimizdən Əfqan Xaşalov (57 kq), Ağahüseyn Mustafayev (65 kq) və Coşqun Əzimov (70 kq) bürünc medala sahib çıxıblar.
Qadın idmançılarımızdan isə Türkan Nəsirova yalnız finalda uduzub və gümüş medal qazanlıb.
Beləliklə, ilk yarış günündən sonra hesabımızda 1 qızıl, 1 gümüş və 3 bürünc medal var.