Bakı Olimpiya stadionunda 2 oyunu buraxmalı olacaq "Roma"lı

Çempionlar Liqasında “Qarabağ”la qarşılaşacaq “Roma” ciddi itki ilə üzləşib. Paytaxt klubunun çexiyalı hücumçusu Patrik Şik sıradan çıxıb. Sol ayağından zədələnən forvard 2 həftə yaşıl meydanlardan kənar qalacaq.

Bu haqda paytaxt klubunun rəsmi saytı məlumat yayıb. Belədə o, “Roma”nın “Qarabağ”la və Çexiya yığmasının Azərbaycanla oyununu buraxacaq.

Qeyd edək ki, “Qarabağ” – “Roma” matçı sentyabrın 27-i saat 20:00-da, Azərbaycan – Çexiya oyunu isə oktyabrın 5-i, 21:00-da start götürəcək. Hər iki qarşılaşma Bakı Olimpiya Stadionunda keçiriləcək.