Əl Şəravi “Qarabağ”a qarşı oyundan danışdı: “Əks halda acınacaqlı nəticəylə üzləşə bilərik”

“Roma”nın hücumçusu Stepan Əl Şəravi UEFA Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində “Qarabağ”la oyun öncəsi matçla bağlı açıqlama verib. İtaliya təmsilçisinin 25 yaşlı futbolçusu “Monako”nun heyətində Azərbaycan çempionuna qarşı forma geyindiyini də xatırlayıb:

“Qarabağ”a qarşı oynamışam. Bu komandanı tanıyıram. Bakıda bizi asan qarşılaşma gözləmir. Hər kəs bilir ki, orada çətin görüş keçəcək. Bəlkə “Qarabağ” fiziki cəhətdən bizdən zəif ola bilər. Amma ətraf mühit, azarkeşlərin yaratdığı ab-hava rəqibə müsbət təsir edəcək. Bu oyuna yaxşı motivasiya olmalıyıq. Əks halda acınacaqlı nəticəylə üzləşə bilərik. Fikrimcə, “Udineze” üzərindəki qələbədən sonra əhval-ruhiyyə yaxşıdır.

Qeyd edək ki, “Qarabağ” – “Roma” matçı sentyabrın 27-də, saat 20:00-da Bakı Olimpiya Stadionunda keçiriləcək.