“Yuventus”un prezidenti futboldan bir illik kənarlaşdırıldı
“Yuventus” klubunun prezidenti Andrea Anyelli futboldan bir il müddətinə kənarlaşdırılıb.
Belə bir qərarı İtaliya Futbol Federasiyasının İdman tribunalı qəbul edib.
Turin təmsilçisi həmçinin 300 min avro məbləğində cərimələnib.
Anyelli İtaliya Futbol Federasiyasının Kodeksinin iki məcəlləsini pozmaqda ittiham olunub - bilet satışı üzrə fırıldaqçılıq və möhtəkirlərlə əlaqədə ittiham olunur.