"Beşiktaş"ın prezidenti: “Niyə Super Kubok matçını Azərbaycanda keçirmirik?”
Türkiyənin “Beşiktaş” klubunun prezidenti Fikrət Orman ölkəsinin mətbuatına maraqlı açıqlamalar verib.
Bu gün UEFA Çempionlar Liqasında “Leytsbiq”lə oyun öncəsi o, qardaş ölkə futbolunun problemlərindən danışıb.
Orman Türkiyə futbolunu dünmyaya tanıtmaq üçün müxtəlif yolların olduğunu bildirib. O, söhbət əsnasında superkubok matçının Azərbaycan və ya Qətər kimi ölkələrdə keçirməyin tərəfdarı olduğunu deyib: “Ötən mövsüm İtaliya superkubokunda “Milan” – “Yuventus” oyunu Dohada keçirildi. Biz niyə Azərbaycanda, Qətərdə Super Kubok matçı keçirmirik? Ölkə futbolunu tanıtmaq üçün bu lazımdır. İtaliya, İspaniya bunu edərkən biz niyə etmirik? Tanzaniyada “Mançester Yunayted”in oyununa baxa bilirsən. Bu markadır”.