"Roma" Tottisiz gəlir

Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunda “Qarabağ”ın qonağı olacaq “Roma” bu gün Bakıya gəlir. Paytaxtımıza yollanan heyətdə “canavarlar”ın əfsanəsi Françesko Totti olmayacaq.

Buna səbəb sabah onun doğum günün olmasıdır. Bu il karyerasını başa vuran futbolçu 41 yaşını ailəsi və dostları ilə birlikdə qeyd etmək istəyib.