UEFA Qurban Qurbanova rəmzi komandada yer vermədi
Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparan klubların baş məşqçiləri arasından "11-lik" seçib. Qurumun saytındakı baş məşqçilərin futbolçu karyeralarına görə rəmzi yığmaya daxil edib
3-5-1-1 sistemi ilə qurulan rəmzi komandada "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov yer almayıb. Karyerası boyunca hücumçu olan Qurbanovun mövqeyində "Barselona"dakı həmkarı üzərində seçim edilib.
Qapıçı: Şenol Günəş ("Beşiktaş")
Mərkəz müdafiəçiləri: Maurisio Poçettino ("Tottenhem"), Massimo Karrera ("Spartak"), Darko Milaniç ("Maribor")
Sağ cinah oyunçusu: Serjio Konseysao ("Portu")
Sol cinah oyunçusu: Covanni van Bronxorst ("Feyenoord")
Yarımmüdafiəçilər: Antonio Konte ("Çelsi"), Dieqo Simeone ("Atletiko"), Pep Qvardiola ("Mançester Siti")
Hücumameylli yarımmüdafiəçi: Zinəddin Zidan ("Real")
Hücumçu: Ernesto Valverde ("Barselona")
Xatırladaq ki, millimizin bombardiri olan Qurbanov qrup mərhələsinin iştiarçıkarı arasında fasiləsiz, ən uzunmüddətli çalışan baş məşqçidi.