"Tovuz Gənclər Evi" Oleq Krapivini təbrik etdi - FOTO
Xəbər verdiyimiz kimi, Şamaxı şəhərində əməkdar bədən tərbiyəsi və idman xadimi, dünya çempionu Oleq Krapivinin şərəfinə keçirilən güləş yarışı başa çatıb. Yarışa dəvət alan qonaqlar arasında "Olimpsport" jurnalının baş redaktoru, "Tovuz Gənclər Evi"nin baş metodisti, güləş üzrə əməkdar məşqçi Ramin Allahverdiyev də olub. O, həmin gün həmdə ad gününü qeyd edən Krapivini "Tovuz Gənclər Evi"nin hazırladığı xüsusi hədiyyə ilə təbrik edib.