Çexiya millisinin hücumçusu yenidən Bakıda olmasına görə sevinir: "Qarabağ"a vurduğum qolla tarixə düşdüm"

“Bakıyla bağlı xoş xatirəm var. Yenidən bu şəhərdə  olduğum üçün şadam”. Bu fikirləri Çexiya  millisinin futbolçusu Yan Şikora ölkəsinin mətbuatına açıqlamasında bildirib.

Bakıya ikinci dəfə səfər edən hücumçu keçmiş komandası “Slaviya”nın heyətində ötən mövsüm Avropa Liqasnın qrup mərhələsində “Qarabağ”la "Dalğ Arena"da 2:2 hesabı ilə nəticələnən tarixi qol vurub. Matçın 11-ci saniyəsində hesabı açan futbolçu bununla da Avroliqanın tarixində ən erkən qola imza atıb. "Bu qolun tarixə düşəcəyini əvvəlcə dərk etmirdim. Oyundan sonra öyrəndim ki, Avropa Liqasının tarixində ən erkən qola imza atmışam. Təbii ki, bu, karyeram ərzində ən yaddaqalan oalydı. Fikrimcə, “Qarabağ”a vurduğum qol sayəsində ömrümün sonuna qədər adım turnirin statistikasında yer alacaq”.

Yan “Qarabağ”ın çox yaxşı komanda olduğunu söyləyib: "Doqquz futbolçusu Azərbaycan millisində çıxış edir. Bu mövsüm pley-offda “Kopenhagen”i üstələyərək, Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandıl. Komandada yerli oyunçular və legionerlər bir-birini tamamlayır. Xüsusən də cinahları güclüdür. “Qarabağ”la oyununu yaxşı xatırlayıram. Onda komandada bir neçə  braziliyalı futbolçu var idi”.

Praqa "Slaviya"sının 24 yaşlı hücumçu 3 oyun keçirdiyi millidən budəfəki dəvəti gözləmədiyini bildirib: “Son vaxtlar özümü yaxşı tərəfdən tam göstərə bilmirəm. Ancaq ümid edirəm ki, Bakı səfəri yenə mənim üçün düşərli olacaq və Çexiyaya qələbə ilə qayıdacağıq”.