Almaniya və İngiltərə mundialda!
DÇ-2018-in Avropa zonası üzrə seçmə mərhələsində IX tura start verilib.
İlk oyun günündə C, E və F qrupunun iştirakçıları meydana çıxıblar.
Millimizin yer aldığı C qrupunda əsas diqqətlər Belfasta yönəlib. “Vindzor Park”da Şimali İrlandiya Almaniya yığmasını qəbul edib. Bundestim səfər oyununda 3:1 hesabı ilə qalib gələrək qrup liderliyini və dünya çempionatına vəsiqəni təmin edib.
F qrupunda İngiltərə və Sloveniya “Uembli”də üz-üzə gəliblər. İngilislər 1:0 hesablı qələbə qazanaraq DÇ-2018-ə yüksəlib.
5 oktyabr
DÇ-2018, seçmə mərhələ
IX tur
C qrupu
Azərbaycan - Çexiya - 1:2
Qollar: Yan Kopiç, 36 (0:1), Əfran İsmayılov, 55-pen (1:1), Antonin Barak, 67 (1:2)
Şimali İrlandiya - Almaniya - 1:3
Qollar: Rudi, 2 (0:1), Vaqner, 21 (0:2), Kimmix, 86 (0:3), Macennis, 90+3 (1:3)
San Marino - Norveç - 0:8
Qollar: Henrikse, 8, King, 15, 17, Mohammed El Yunusi, 40, 48, 69, Selnaes, 59, Linnes, 87
E qrupu
Ermənistan - Polşa - 1:6
Qollar: Hambarsumyan, 39 - Qrosiçki, 2, Levandovski, 18, 25, 64, Blaşikovski, 58, Volski, 89
Monteneqro - Danimarka - 0:1
Qol: Eriksen, 16
Rumıniya - Qazaxıstan - 3:1
Qollar: Budesku, 33 (1:0), 38 (2:0), Keseru, 73 (3:0), Turisbek, 82 (3:1)
F qrupu
İngiltərə - Sloveniya - 1:0
Qol: Keyn, 90+4
Malta - Litva - 1:1
Qollar: Aqius, 23 - Slivka, 53
Şotlandiya - Slovakiya - 1:0
Qol: Şkrtel, 89-avtoqol