Löv Azərbaycanda oyunda yalnız qələbə haqda düşünür: "Az oynayan futbolçular həmin matçda meydanda olacaqlar"
Almaniya milli komandasının baş məşqçisi Yoahim Löv cari seçmə mərhələnin son matçı olan Azərbaycan yığmasıyla ev ev oyununda qələbəyə köklənib. Təcrübəli almaniyalı mütəxəssos qələbə seriyasını 10-da çatdıraraq bu tsikli yüzfaizli nəticələylə başa vurmaq əzmindədi:
O, qarşılaşmaların ardıcıl olduğundan istirahət edə bilməməklərindən gileylənib: "Kayzerslauterndə 50 minə yaxın azarkeş önündə Azərbaycan millisini qəbul edəcəyik. Biz bu oyunda da qalib gəlmək niyyətindəyik. Həmin oyunda heyətdə bir çox dəyişiklik edəcək, yeni futbolçulardan yararlanacağıq. Az şans qazanan futbolçular həmin gün meydanda olacaqlar".
Xatırladaq ki, millimiz Bundestimin oktyabrın 8-də qonağı olacaq.