UEFA Millətlər Liqasının divizionlarının tərkibi müəyyənləşib
Futbol üzrə UEFA Millətlər Liqasının divizionlarının tərkibi müəyyənləşib.
55 yığma 4 diviziona bölünüb. Hər divizionda 4 qrup olacaq. Qrupların tərkibinin müəyyən edilməsi üçün püşkatma mərasimi yanvarın 24-də Lozannada keçiriləcək. Azərbaycan yığması dördüncü divizionda çıxış edəcək.
A Divizionu: Almaniya, Portuqaliya, İspaniya, Belçika, İngiltərə, Fransa, İsveçrə, İtaliya, Polşa, İslandiya, Xorvatiya, Hollandiya
B Divizionu: Avstriya, Uels, Rusiya, Slovakiya, Ukrayna, İrlandiya, İsveç, Şimali İrlandiya, Danimarka, Bosniya və Herseqovina, Çexiya, Türkiyə
C Divizionu: Rumıniya, Şotlandiya, Sloveniya, Macarıstan, Serbiya, Albaniya, Norveç, Yunanıstan, Monteneqro, İsrail, Bolqarıstan, Finlandiya, Kipr, Estoniya, Litva
D Divizionu: Azərbaycan, Makedoniya, Gürcüstan, Belarus, Ermənistan, Farer adaları, Latviya, Lüksemburq, Qazaxıstan, Moldova, Lixtenşteyn, Malta, Kosovo, Andorra, San-Marino, Cəbəllütariq
Turnirə 2018-ci ilin sentyabrında start veriləcək.