"Beşiktaş"dan qələbə seriyasına davam, "Real"dan xal itkisi, "Liverpul"la "Spartak"dan darmadağın

Çempionlar Liqasının qrup mərhələsində III tura start verilib. Qitənin ən nüfuzlu klub turnirində bu gecə E, F, G və H qruplarında maraqlı oyunlar baş tutub.

E qrupunun favoritləri “Liverpul”la "Spartak" darmadağına imza atıblar. Moskva klubunun "Sevilya" kimi güclü rəqibə 5:1 hesabı ilə qalib gəlməsi gecənin ən sürpriz nəticəsi olub. 

D qrupunun lideri “Mançester Siti” əsas rəqibi olan Napoli” evdə minimal fərqlə yenə bilib. Qrupun digər oyununda Donetsk “Şaxtyor”u 2-ci pillədə möhkəmlənmək mübarizəsində Hollandiyada "Feyenoord"la matçda vacib qələbəyə imza atıb. 

Azərbaycanlı futbolsevərlərin əsas maraqlandığı Türkiyə çempionu “Beşiktaş” ardıcıl 3-cü qələbəsinə imza ataraq vahid liderliyini möhkəmləndirib. Şenol Günəşin komandası bu dəfə Fransada "Monako"nu məğlub edib. Qrupun digər matçında “Leypsiq” evdə “Porto”ya uduzub. 

H qrupunda “Real” gözlənilmədən Madriddə “Tottenhem”lə matçda xal itirib. Qrupun autsayderləri “Borussiya” və APOEL-in Kiprdəki qarşılaşmasında da 1:1 hesablı bərabərlik qeydə alınıb. 

UEFA Çempionlar Liqası 
Qrup mərhələsi

17 oktyabr 

E qrupu 

“Maribor” (Sloveniya) - “Liverpul” (İngiltərə) 0:7
Qol: Firmino, 4; 54. Koutinyo, 13. Salah, 19; 40. A.O.Çemberleyn, 86. T.A.Arnold, 90.

“Spartak” (Rusiya) - “Sevilya” (İspaniya) 5:1
Qol: Promes, 18; 90. Melqarejo, 58. Qluşakov, 67. Adriano, 74 - Kyaer, 30.
 

F qrupu 

“Feyenoord” (Hollandiya) - “Şaxtyor” (Ukrayna) 1:2
Qol: Berqeys, 8 - Bernard, 24; 54.

“Mançester Siti” (İngiltərə) - “Napoli” (İtaliya) 2:1
Qol: Sterlinq, 9. Q.Jesus, 13 - Diavara, 73-pen.

 

G qrupu 

“Leypsiq” (Almaniya) - “Porto” (Portuqaliya) 3:2
Qol: Orban, 8. Forsberq, 38. Auqustin, 41 - Abubakar, 18. Markano, 44.

“Monako” (Fransa) - “Beşiktaş” (Türkiyə) 1:2
Qol: Falkao, 30 - C.Tosun, 34; 55.

 

H qrupu

“Real” (İspaniya) - “Tottenhem” (İngiltərə) 1:1
Qol: Ronaldo, 43-pen - Varane, 28-öz qapısına.

APOEL (Kipr) - “Borussiya” (Dortmund, Almaniya) 1:1
Qol: Pote, 62 - Papastatopulos, 67.