vDmitri Nazarov qovuldu
Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 11-ci turun oyunları keçirilib. Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu “Ersgebirge” də növbəti matçına çıxıb. Sözügedən komanda doğma meydanda “Yan Regensburq”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 1:0.
Nazarov da bu qarşılaşmanın iştirakçısı olub. Start heyətdə meydana çıxan millimizin üzvü 20-ci dəqiqədə birbaşa qırmızı vərəqə alaraq, meydandan qovulub. Buna baxmayaraq, komandası azlıqda qələbə qolunu vurmağa nail olub.
“Ersgebirge” geridə qalan 11 turda 16 xal toplayıb və 18 klub arasında 8-ci pillədə qərarlaşıb.