Kamran Ağayev oynadı, komandası 5 qola sevindi
Futbol üzrə Çexiya çempionatında 11-ci turun oyunları keçirilib. Azərbaycan yığmasının qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu “Mlada Boleslav” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Zlin”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 5:1.
Kamran da bu görüşün iştirakçısı olub. Millimizin üzvü start heyətdə meydana çıxıb və sonadək oynayıb.
Geridə qalan turlarda 11 xal toplayan "Mlada Boleslav" 16 klub arasında 11-ci pillədə qərarlaşıb.