39 yaşlı Buffon ən yaxşı qapıçı seçildi
2017-ci ilin ən yaxşı qapıçısı müəyyənləşib. FİFA-nın millinin məşqçiləri, kapitanlar, jurnalistlər və futbolsevərlər arasında keçirilən sorğunun yekun nəticəsinə əsasən İtaliya millisinin və "Yuventus"un 39 yaşlı qolkiperi Canluici Buffon bu ilin ən yaxşı qapıçısı seçilib.
O, səsvermədə Keylor Navas (Kosta Rika, "Real") və Manuel Noyeri (Almaniya, "Bavariya") qabaqlayıb.