FİFA Zidanı dünya futbolu tarixinə saldı

FİFA 2017-ci ilin ən yaxşı məşqçisinin adını bəyan edib. Millinin məşqçiləri, kapitanlar, jurnalistlər və futbolsevərlər arasında keçirilən sorğunun yekun nəticəsinə əsasən "Real"ın fransalı çalışdırıcısı Zinəddin Zidan bu ilin ən yaxşı məşqçisi seçilib.

Bu mükafata digər namizədlər italiyalı mütəxəssislər - Massimiliano Alleqri ("Yuventus") və Antonio Konte ("Çelsi") idi.

Zidan "Real"la ötən mövsüm İspaniya Primerosu,Çempionlar Liqası və UEFA superkubokunu qazanıb. 45 yaşlı mütəxəssis ilin ən yaxşı futbolçusu (1998) və məşqçisi (2017) mükafatını alan illk futbol adamı olaraq tarixə düşüb.