"Atletiko"nun futbolçusu: "Qarabağ"la finala bərabər oyun olacaq"
“Çətin qarşılaşma olacağını bilirdik. “Vilyareal” çətin rəqibdi. Hücuma atılsaq da, istədiyimizi edə bilmədik. Sadəcə, bəxtimiz gətirmədi”. Bu sözləri “Atletiko”nun futbolçusu Anxel Korrea İspaniya Primerosunun X turunda “Vilyareal”la ev oyunundakı 1:1 hesablı heç-heçəni şərh edərkən bildirib. Argentinalı yarımmüdafiəçi klubunun rəsmi saytına açıqlamasında Çempionlar Liqasının qrup mərhələsinin IV turunda “Qarabağ”la sabah Madriddə keçirəcəkləri görüşə də toxunub: "Çalışmalarımızı davam etməliyik. Çünki çərşənbə axşamı evdə daha bir finala bərabər oyunumuz var. Qol epizodları zamanı sakit olmalıyıq. Ümid edirəm ki, qalib gələcəyik”.
Qeyd edək ki, “Atletiko” paytaxtımızda qolsuz bərabərliyə qaldığı “Qarabağ”la Bakı vaxtı ilə 23:45-də “Metropolitano” stadionunda qarşılaşacaq.