"Roma"nın baş məşqçisi: "Qarabağ" qrupdan çıxmağa layiqdi"

"Roma"nın baş məşqçisi Eysebio di Françesko Çempionlar Liqasının qrup mərhələsində rəqiblərindən olan "Qarabağ"la son vaxtlar uğurlu çıxışını diqqətdən kənarda qoymayıb. İtaliyalı mütəxəssis təmsilçimizə Bakı Olimpiya Stadionunda çətinliklə qalib gəldikləri 2:1 hesablı oyunu xatırlayıb: "Biz də "Qarabağ"la bir dəfə qarşılaşmışıq. Çətin səfər oyunundan üzüağ çıxmışıq. Etiraf edirəm ki, "Qarabağ" hər kəsə olduğu kimi, bizə də problem yaratmışdı. Onlar qrupdan çıxmağa layiqdirlər".

Xatırladaq ki, hazırda 2 xalla qrup sonuncuus olan "Qarabağ" "Roma"dan sonra "Atletiko"yla hər 2 qarşılşamada heç-heçə (evdə 0:0, səfərdə 1:1) edib.