Almaniya millisi Bakıya bu heyətlə gəlir
21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinin qonağı olacaq Almaniya yığmasının heyəti açıqlanıb. Baş məşqçi Ştefan Kunts millimizlə qarşılaşma üçün 22 futbolçuya dəvət göndərib.
Qapıçılar: Svend Brodersen (Sankt-Pauli), Nils Korber (Proyssen), Aleksander Nubel (Şalke);
Müdafiəçilər: Valdemar Anton (Hannover), Timo Baumqartl (Ştutqart), Benjamin Henriks (Bayer), Yannes Horn (Köln), Tilo Kerer (Şalke), Lukas Klostermann (Leyptsiq), Paskal Ştensel (Frayburq), Cordan Torunariqa (Herta);
Yarımmüdafiəçilər: Nadim Amiri, Dennis Qayqer, Filipp Oks (hamısı “Hoffenhaym”), Mahmud Dahud (Borussiya, Dortmund), Marsel Hartel (Yunion Berlin), Eduard Löven (Nürnberq), Florian Noyhaus (Fortuna), Levin Öztunalı (Maynts);
Hücumçular: Canni Serra (Borussiya, Dortmund), Aron Seydel (Holştayn), Sedrik Toyxert (Nürnberq”).
Bu millilər arasında ötən ay Kotbusda baş tutmuş görüş almanların böyük hesablı qələbəsi ilə nəticələnmişdi - 6:1.
Xatırladaq ki, Almaniya yığması noyabrın 9-da millimizin qonağı olacaq, ayın 14-də isə İsraili qəbul edəcək.