Pedro Enrike məsələsində son nöqtə
Yunanıstanın PAOK klubunun idman direktoru Lyuboş Mixel Pedro Enrike ilə bağlı yayılan məlumatlara cavab verib. Sport24.az-a danışan Saloniki təmsilçisinin rəsmisi onun qışda komandaya qaytarılacağı ilə bağlı söz-söhbətlərin yalan olduğunu bildirib.
Mixelin sözlərinə görə, bu yazılanlar sadəcə, şaiyədir: “Bu yazılanlar sadəcə, şaiyədir. Yunanıstan mətbuatına inanmayın. Pedronun qışda qayıtması müzakirə olunmur”.
Qeyd edək ki, Pedro Enrike müqavilə ilə PAOK-a məxsusdur. O, icarə əsasında növbəti ilin iyun ayına qədər “Qarabağ”da çıxış edəcək.