Çexlər Kamran Ağayevin cəzasını açıqladılar

Çexiya Futbol Federasiyasının İntizam Komitəsi Azərbaycan yığmasının və “Mlada Boleslav”ın qapıçısı Kamran Ağayevi cəzalandırıb.Millimizin qolkiperi ölkə çempionatının 13-cü turunda “Banik Ostrava” ilə səfər matçında iki sarı vərəqədən sonra “qırmızı” aldığı üçün 1 oyunluq cəzalandırılıb.

Bu üzdən Kamran 14-cü turda “Bohemians”la ev oyununda komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, “Banik Ostrava” ilə qarşılaşmanın 73-cü dəqiqəsində hakimə yersiz etiraza görə sarı vərəqə ilə cəzalandırılan Ağayev bundan iki dəqiqə sonra vaxtı uzatdığı üçün ikinci dəfə xəbərdarlıq alıb və meydandan qovulub.