Əliyar Ağayev bu gün “Beşiktaş”ın oyununu idarə edəcək

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev UEFA Gənclər Liqasının oyununa təyinat alıb. O, Türkiyənin “Beşiktaş” və Portuqaliyanın “Portu” klublarının U-19 komandalarının oyununu idarə edəcək.

Əliyara yan xətt hakimləri Mübariz Həşimov və Akif Əmirəli köməklik edəcək. Dördüncü hakim funksiyasını Türkiyədən olan Oğuzhan Uğurlu yerinə yetirəcək.

Qeyd edək ki, "Beşiktaş" - "Portu" görüşü bu gün saat 15:00-da başlayacaq.