Antonio Konte: “Qarabağ”la cavab matçında çox diqqətli olmalıyıq”
UEFA Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda sabah “Qarabağ”ın qonağı olacaq İngiltərə çempionu “Çelsi”nin baş məşqçisi Antonio Konte oyunöncəsi mətbuat konfransında iştirak edib. İtalyan mütəxəssis öncə oyunla bağlı fikirlərini bildirib:
- Bu oyunda çox diqqətli olmalıyıq. “Atletiko” kimi komanda ilə hər iki oyunda heç-heçə etdilər. “Roma” da burda çətinliklə üzləşdi.
- 10 ballıq sistemlə “Çelsi” və “Qarabağ”ı hansı balla qiymətləndirərdiz?
- “Qarabağ” yaxşı komandadı. Bəxtimiz gətirdi ki, Londondakı matçda bu komanda ÇL-də ilk oyununu keçirirdi. Həmin oyundakı böyük hesablı qələbəni bununla bağlayardım.
- İngiltərə mətbuatına müsahibənizdə ilk qələbənizi qazanana kimi saqqalınızı qırxmayacağınızı demişdiz. Sabah qalib gəlsəz, saqqalınızı Bakıda, yoxsa Londonda qırxdıracaqsız?
- Əsas olan mənim saqqalım yox, komandanın qələbə qazanmasıdı (gülür). İlk dəfədi saqqal saxlayıram. Düzü, bu, çox çətindi. Ancaq dediyim kimi, mənim üçün əsas olan komandamın qələbəsidi.
- İki il öncə, İtaliya millisinin “sükanı arxasında” bu stadionda qələbə qazanmışdız. Necə düşünürsüz, bu arena yenə sizə düşərli olacaq?
- Eyni nəticənin təkrarlanmasını istərdim. Həmin oyunda çətinliklə üzləşmişdik. Azərbaycanda futbol inkişafdadı. Sabahkı oyunun da çətin keçəcəyini düşünürəm. Bu oyunda çox diqqətli olmalıyıq.
- Bu matçdan sonra “Liverpul”la çətin oyun gözləyir. Bu, elə oyunlardı ki, burda səhv etmək şansınız yoxdu...
- “Atletiko” ilə oyundan sonra da belə sıxlıq olmuşdu. Təqvimi tərtib edən insanlara qarşı iradım var. Bu təqvimi tərtib edənlər diqqətli olmalıdılar. Bunu bəhanə etmək istəmirəm, ancaq təqvimin sıx olduğu açıqdı.
- Futbolçuları ilk oyunda 6:0 hesabıyla qalib gəldikləri komandaya qarşı oyuna kökləməkdə çətinlik çəkməyəcəksiz ki?
- Motivasiya ilə bağlı problem olacağını düşünmürəm. Bu oyuna futbolçuları xüsusi kökləməyə ehtyac görmürəm. Rəqib “Atletiko” ilə iki dəfə heç-heçə edib.
- Qarşıda “Liverpul”la vacib oyununuz olduğunu nəzərə alsaq, bu matçda heyətdə rotasiyalar ola bilər?
- Həmişə komanda üçün ən yaxşı qərarı verməyə çalışıram. Nəzərə alsaq ki, 3 gündə bir oyun keçiririk, rotasiya mütləq olmalıdı. Ancaq “Qarabağ”la oyun bizim üçün vacibdi. Bu matçda qalib gələcəyimiz təqdirdə, növbəti mərhələyə vəsiqə qazanacağıq.
- Bayaq sıx təqvimdən narazı qaldığınızı bildirdiz. Bununla bağlı şikayət etmisiz?
- Bu, təkcə bizim üçün yox, digər komandalara da aiddi. İngiltərə ÇL-də 5 komanda ilə çıxış edir. Uzun müddətdi İngiltərə klubları ÇL-də finala çıa bilmir. Baxmayaraq, çox güclüdülər. Təqvimi tərtib edənlər bunu nəzərə almalıdılar.
- Saat neçədə İngiltərəyə çatacaqsız?
- Saat 4-də çatacağıq. Bir daha bildirmək istəyirəm ki, təqvimi hazırlayanlar dəyişikliklər etməlidilər.
- “Mançester Yunayted”ə qarşı 3-5-2 taktikası ilə çıxış etdiz və bu, uğurlu alındı. Bu taktikadan “Liverpul”la matçda da istifadə etməyi planlaşdırırsız?
- Bəzi oyunlarda dəyişikliklərin edilməsi vacibdi. Komanda bir neçə sxemdən istifadə etməyi bacarmalıdı. Əsas olan odu ki, bu dəyişik nəticəsində komanda öz oyununu itirməsin.
- Eden Azarın vəziyyəti nə yerdədi? Son turda ayağından zədə almışdı.
- Onun vəziyyəti yaxşıdı. Oyuna tam hazırdı. Yalnız Viktor Mozes və Mişi Batşuayinin zədəsi var. Kennedi Musandanın da zədəsi var. Onun zədəsi əzələ dartılması ilə bağlıdı.