DÇ-2018-in püşkü atıldı

Bu gün DÇ-2018-in püşkü atılıb.


Növbəti mundialın püşkatma mərasimi Rusiyanın paytaxtı Moskvaya şəhərində, Dövlət Kreml Sarayında baş tutub.


Püşkatmada 32 yığma hərəsində 4 komanda olmaqla 8 qrupa bölünüb. Püşkatma öncəsi millilər FİFA reytinqindəki mövqelərinə uyğun olaraq 4 səbətə bölünmüşdülər. Reqlamentə əsasən, hər qrupda ikidən artıq Avropa təmsilçisi ola bilməzdi. Digər qitələr isə qruplarda yalnız bir milli ilə təmsil oluna bilərdilər.


Səbətlərin tərkibi belə idi:


1-ci səbət: Rusiya, Braziliya, Almaniya, Portuqaliya, Argentina, Belçika, Polşa, Fransa 
2-ci səbət: İspaniya, Peru, İsveçrə, İngiltərə, Kolumbiya, Meksika, Uruqvay, Xorvatiya
3-cü səbət: Danimarka, İslandiya, Kosta-Rika, İsveç, Tunis, Misir, Seneqal, İran
4-cü səbət: Serbiya, Nigeriya, Avstraliya, Yaponiya, Mərakeş, Panama, Cənubi Koreya, Səudiyyə Ərəbistanı


Püşkatma nəticəsində komandalar aşağıdakı qruplarda yer alıblar:


A qrupu
Rusiya
Səudiyyə Ərəbistanı
Misir
Uruqvay


B qrupu
Portuqaliya
İspaniya
Mərakeş
İran


C qrupu
Fransa
Avstraliya
Peru
Danimarka


D qrupu
Argentina
İslandiya
Xorvatiya
Nigeriya


E qrupu
Braziliya
İsveçrə
Kosta Rika
Serbiya


F qrupu
Almaniya
Meksika
İsveç
Cənubi Koreya


G qrupu
Belçika
Panama
Tunis
İngiltərə


H qrupu
Polşa
Seneqal
Kolumbiya
Yaponiya