"Roma"nın baş məşqçisi "Qarabağ"ı layiqli rəqib saydı: "Komandanız pley-ofa çıxmağımıza bir növ kömək etdi"
"Roma"nın baş məşqçisi Eusebio di Françesko jÇempionlar Liqasının qrup mərhələsinin son turu çərçivəsində "Qarabağ"a evdə 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra mıtbuat konfrası keçirib. Italiyalı mütxəəssis jurnalistlərin suallarını cavablandırıb.
- Komandanızın o qədər də baxımlı oyun göstərmədi. Bunu nəzərə alaraq təəssüratlarınızı bilmək istərdik.
- Xüsusi bir təəssüratım yoxdu. Futbolçular bu qələbəni çox istəyirdi. İlk hissədə elə də yaxşı oynamadıq. Fasilədən sonra isə hücumlarımızın kəsərini artıraraq qol istəyimizə çatdıq. Artıq 1/8 finaldayıq və daha böyük hədəflər haqqında düşünməliyik. Bundan sonra daha çox çalışacaq və istəkli olacağıq. "Atletiko" kimi komandanı yarışdan kənarda qoymaq, "Çelsi"ni qabaqlayaraq qrupda 1-ci yeri tutmaq "Roma" adına böyük hadisədi.
- Sol cinahınız hücumların qurulmasında daha yaxşı çıxış edir. "Roma"nın sol cinahını Avropanın ən yaxşılarından hesab etmək olarmı?
- Bu cinahdakı futbolçular bir-birilərini yaxşı başa düşürlər. Bundan razıyam. Amma daha çox qol görmək istəyirəm. Əldə ediləndən daha çoxuna nail olmaq fikrindəyik.
- Qurban Qurbanovun mətbuat konfransında "Sky Sport"un əməkdaşı canlı yayıma qoşularaq məşqçinin sözünü bir neçə dəqiqəlik kəsdi. Eyni halla Bakıda üzləşsəydiniz ,münasibətiniz necə olardı?
- Mənə verilən bütün suallara həmişə cavab verməyə çalışıram. Futbolla bağlı bütün suallarınızı cavablandırmağa hazıram. Amma futboldankənar, şəxsi planda sualları cavablandırmağa çətinlik çəkirəm.
- Sabah 1/8 final mərhələsinin bütün iştirakçıları məlum olacaq. "Roma"nın "Bavariya" və "Real" kimi rəqiblərlə qarşılaşmaq ehtimalı var. Belə rəqiblərdən qorxmursunuz?
- Heç bir rəqibdən qorxmuruq. Hansısa komandadan çəkinəsi olsaq, bunaədk dediklərimin heç bir mənası olmazdı.
- Bakıda və Roma qarşılaşdığınız iki "Qarabağ" arasında hansı fərqləri gördünüz? Ümumiyyətlə, ÇL-nın debütantının çıxışı haqqında nə deyə bilərsiniz?
- "Çelsi" ilə oyunu çıxmaq şərtilə «Qarabağ» yaxşı oyun göstərdi.. Layiqli rəqib idi. Xüsusilə, "Atletiko"ya daha yaxşı oynadı və pley-ofa çıxmağımıza bir növ kömək etdi.