ÇL-də 1/8 finalın püşkü atıldı: “Real” PSJ-yə rəqib oldu

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılıb. Püşkatmada öz qruplarında ilk iki yeri tutmuş 16 komanda iştirak edib.

Bir qrupda yer almış və eyni ölkəni təmsil edən klublar bu mərhələdə üz-üzə gələ bilməzdilər.

İsveçrənin Nyon şəhərində keçirilən püşkatmanın nəticəsi belə olub:

UEFA Çempionlar Liqası
1/8 final

“Yuventus” (İtaliya) – “Tottenhem” (İngiltərə)
“Bazel” (İsveçrə) – “Mançester Siti” (İngiltərə)
“Portu” (Portuqaliya) – “Liverpul” (İngiltərə) 
“Sevilya” (İspaniya) – “Mançester Yunayted” (İngiltərə)
“Real” (İspaniya) - PSJ (Fransa)
“Şaxtyor” (Ukrayna) – “Roma” (İtaliya)
“Çelsi” (İngiltərə) – “Barselona” (İspaniya) 
“Bavariya” (Almaniya) – “Beşiktaş” (Türkiyə)

1/8 final mərhələsinin ilk oyunları gələn il fevralın 13-14-də və 20-21-də, cavab qarşılaşmaları isə martın 6-7-də və 13-14-də keçiriləcək.