“Qalatasaray” Tudoru qovdu

Türkiyənin “Qalatasaray” klubu baş məşqçisi İqor Tudoru istefaya göndərib.Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. 

Xorvat mütəxəssis Super Liqanın son turu çərçivəsində keçirilmiş “Yeni Malatyaspor”la oyundakı məğlubiyyətdən (1:2) sonra qovulub. Cari mövsümdə ardıcıl 4-cü səfər məğlubiyyətini alan İstanbul təmsilçisinin rəhbərliyinin səbr kasası daşıb və 39 yaşlı mütəxəssisə qapını göstərib.

“Qalatasaray” Tudora 400 min dollar təzminat ödəyəcək.

Komandanı Super Liqanın növbəti turunda, “Göztəpə” ilə qarşılaşmaya klubun aşağı yaş qrupu üzrə cavabdeh şəxs olan Əmrah Bayraktarın çıxaracağı gözlənilir.

Xatırladaq ki, Super Liqanın 16 turundan sonra hesabında 32 xal olan “Qalatasaray” ikinci sırada qərarlaşıb.