Azərbaycan millisinin daha 2 məşqçisi Bosniya və Hersoqovina yığmasında

Bosniya və Hersoqovina millisinin baş məşqçisi təyin edilən Robert Prosineçkinin köməkçiləri müəyyənləşib.

Yeni iş yerində xorvat mütəxəssis 4 məşqçi kömək edəcək.

Bunlar Qordan Cipiriç, Draqan Spasiç, Kenan Hasagiç və Elvir Rahimiçdir. Cipiriç və Spasiç Prosineçki ilə birgə mili komandamızda da çalışıblar.

Xatırladaq ki, Prosineçki Avro-2020-nin seçmə mərhələsinin sonuna qədər Bosniya və Hersoqovina millisinə rəhbərlik edəcək.