Araz Abdullayev "fərqləndi", komandası derbidə qalib gəldi
Kipr çempionatının XIX turunun mərkəzi görüşü "Anortosis" və AEK komandaları arasında keçirilib. Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Meydan sahiblərinin start heyətində Azərbaycan millisinin futbolçusu Araz Abdullayev də yer alıb. 90+2-ci dəqiqədə əvəzlənmiş Abdullayev 51-ci dəqiqədə sarı vərəqə alıb.
Hesabı 3-cü dəqiqədə qonaq komandanın futbolçusu Joan Tomas açıb. Lakin fasilədən sonra meydan sahibləri 3 qol vurublar. 52-ci dəqiqədə Joao Viktor, 74-cü dəqiqədə Vladimir Qacev, 89-cu dəqiqədə isə Seku Sisse fərqlənib.
Bu qələbə sayəsində "Anortosis" xallarını 40-a çatdırıb və eyni xala malik AEK-i şəxsi göstəricilərdə üstələyərək, 1-ci pilləni ələ keçirib. 3-4-cü pillələrdəki "Apollon" və APOEL-in hərəyə 36 xalı olsa da, onların ehtiyatda 3 oyunları var.