İbrahim Şehiç: "Prosineçki əla insandır"
"Mən Prosineçkini iki il yarımdır tanıyıram. O, əla insandır. Oyunçuların hamısını yaxşı tanıyır. Həm özü, həm də məşqçi korpusu peşəkarlardan qurulub".
Bu sözləri "Qarabağ"ın bosniyalı qapıçısı İbrahim Şehiç ölkəsinin mətbuatına açıqlamasında deyib.
Bosniya və Hersoqovina millisinin üzvü yığmaya baş məşqçi təyin olunan Robert Prosineçki haqda danışıb. O, xorvatiyalı mütəxəssis haqda xoş sözlər söyləyib. Şehiç Azərbaycan mətbuatı haqda da müsbət fikirdə olduğunu bildirib:
"Prosineçkinin təyinatını gözləyirdik. Budan sonra hər şey bizdən asılı olacaq. Prosineçkinin gəlişi millimizin nəticələrinə müsbət təsir edəcək. Azərbaycanda da Prosineçkiyə böyük hörmət var, onun işini yüksək qiymətləndirirlər. Azərbaycan mətbuatı çox yaxşıdır. Mənim barəmdə də müsbət fikirdədirlər”.