"Qalatasaray"ın prezident seçkisində tarixi olay
Türkiyənin "Qalatasaray" klubuna yeni prezident seçilib. Mustafa Cengiz Dursun Özbəyə qalib gələrək, klubun 37-ci prezidenti olub.
Cengiz 1578, Özbək isə 1432 səs toplayıb. Daha 96 bülleten isə etibarsız sayılıb.
Bununla da "Qalatasaray"ın prezidenti seçkisində tarixi hadisə baş verib. İlk dəfə klub prezidentinin qatıldığı seçkidə qələbəni digər namizəd əldə edib. 17-ci sandıq açıldıqdan sonra Özbək Cengizi təbrik edərək, seçki məkandan ayrılıb.
Qeyd edək ki, 1949-cu ildə Qaziantepin Nizip qəsəbəsində doğulan Mustafa Cengiz hazırda neft sektorunda çalışır. O, ingiliscə, fransızca və ərəbcə bilir.