"Qalatasaray" səfərdə sevindi
Türkiyə Super Liqasının 18-ci turunun son matçında "Qalatasaray" səfərdə "Kayserispor"la üz-üzə gəlib.
Matç qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb. Qarşılaşmada hesab 12-ci dəqiqdə açılıb. Qonaqların heyətində Eren Derdiyok fərqlənib.
Hücumçu bu qoldan 6 dəqiqə sonra özünün və komandasının ikinci qoluna imza atıb. Birinci hissə bu hesabla başa çatıb. Meydan sahiblərinin heyətində Umut Bulut 52-ci dəqiqədə fərqi azaltsa da, "Kayserispor"un bundan başqasına gücü çatmayıb. Əvəzində qonaqlar fərqi iki topa çatdırıb. Qari Rodriges 90-cı dəqiqədə fərqlənib.
Qeyd edək ki, bu qələbədən sonra xallarının sayını 38-ə çatdıran "Qalatasaray", lider "Başakşehir"lə xal fərqini 1-ə endirib.