Maltanın baş məşqçisi: "Azərbaycanı zəif hesab etmirik”
"Bir tərəfdən sevindim, digər tərəfdən qrupumuzun çətin olduğunu anlayıram”.
Bunu UEFA Millətlər Liqasında Azərbaycan millisi ilə eyni qrupda yer alan Malta yığmasının baş məşqçisi Tom Saintfit deyib.
Püşkü dəyərləndirən 45 yaşlı belçikalı mütəxəssis bildirib ki, onları çətin matçlar gözləyir: "Amma ən azından 1-2 oyunu udmağa çalışacağıq. Öz səviyyəmizdə olan komandalarla qarşılaşmaq maraqlıdır. Gərək, Kosova yığmasını öyrənək. Biz oyun tərzimizi dəyişə və daha pozitiv, hücum futbolu sərgiləyə bilərik. Bu da öz növbəsində qolların və xalların sayında özünü göstərəcək. Bu, bizim məqsədimizdir. Rəqiblərimizi zəif hesab etmirik”.
Qeyd edək ki, D Liqasında mübarizə aparacaq Azərbaycan millisi Malta, Kosovo və Farer adaları yığmaları ilə birgə III qrupda yer alıb. (Report)