"Azərbaycan qrupun ən güclü və ən yaxşı komandasıdır”

"Püşkə görə xoşbəxtəm. Azərbaycan qrupun ən güclü və ən yaxşı komandasıdır”.
 
Bunu UEFA Millətlər Liqasında Azərbaycan millisi ilə eyni qrupda yer alan Kosovo yığmasının kapitanı Samir Uykani deyib.
30 yaşlı qapıçı bildirib ki, qrupda birinci yeri tutmağa çalışacaqlar: "Futbol möcüzələrlə doludur. Bizim istedadımız var. Maksimum güc zərf edəcəyik. Bizim üçün yaxşı təcrübə olacaq. Ehtiyatlı və təşkilatlanmış olmalıyıq. Çalışacağıq ki, qrupda birinci yeri tutaq”.
 
Qeyd edək ki, D Liqasında mübarizə aparacaq Azərbaycan millisi Malta, Kosovo və Farer adaları yığmaları ilə birgə III qrupda yer alıb.