Robert Prosineçki: "Azərbaycanda çalışanda onlarla qarşılaşmışdıq"
"Bizi matçlarda heç-heçə qane edə bilər, ancaq Avstriya və Şimali İrlandiya asan rəqib deyil".
Bunu Bosniya və Herseqovina millisinin baş məşqçisi Robert Prosineçki Millətlər Liqasında komandanın qrupunu dəyərləndirərkən deyib. O, yığmanın qrupdakı şansları barədə danışıb:
"Hər komandanı məğlub edə bilərik. Digər qruplara baxanda bunlar yaxşı rəqiblərdir. Şimali İrlandiyanı tanıyıram, çünki Azərbaycanda çalışanda onlarla qarşılaşmışdıq. Hər iki matçda da məğlub olmuşduq. Amma Bosniya və Herseqovina onları məğlub edə bilər. Millətlər Liqası maraqlıdır, çünki böyük komandalar olan bir neçə qrup var. Almaniya, Fransa və Hollandiyanın yer aldığı A qrupu isə çox maraqlıdır".