Erməni klubuna keçən qapıçı: "Azərbaycan yığmasından imtina etdim"

Ermənistan "Artsax”ına keçən dağıstanlı qapıçı Samur Ağaməhəmmədov Azərbaycanın U-21 millisindən təklif alıb.
 
Bu barədə gənc qolkiperin özü klubun saytına açıqlamasında bildirib. O, yığmamızdan gələn təklifi qəbul etmədiyini deyib: "Mən Azərbaycanın U-21 millisindən təklif almışdım. Lakin menecerimə inandım və "Artsax”a keçməyə qərar verdim. Burada hər şey yaxşıdır. Birinci matçda "Punik"ə qalib gəldk və ölkə çempionu "Alaşkert"lə heç-heçə etdik.  "Artsax” iddialı klubdur və biz çempionluq uğrunda mübarizə aparacağıq”.