UEFA Əliyar Ağayevi Maltaya çağırdı
Azərbaycanın FIFA referisi Əliyar Ağayev yanvarın 29-da Maltada ən yaxşı futbol hakimləri üçün start götürəcək kursa dəvət alıb.
UEFA-nın 26-cı dəfə təşkil edəcəyi kursda Avropanın aparıcı baş hakimləri və yeni FIFA referiləri iştirak edəcəklər. Üç gün davam edəcək təlimlərə elit, I və II kateqoriyalara daxil olan 56 kişi və 21 qadın referi qatılacaq.
Qeyd edək ki, Əliyar Ağayev kursa dəvət alanlar arasında II kateqoriaydan olan 7 baş hakimdən biridir.