Şəhriyar Məmmədyarov üçüncü oldu
Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən "Tata Steel Chess" superturnirinin son turana yekun vurulub.
Bu gün start götürən XIII turda Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov Vişvanatan Anand ilə qarşılaşıb.
Sözügedən görüş sülhlə bitib. Bununla da xallarını 8.5-ə çatdıran qrossmeyster turniri 3-cü pillədə başa vurub. Maqnus Karlsen və Aniş Qiri isə turnirin yekununda 9 xal toplayıblar. Buna görə də çempionluq üçün onlar əlavə görüş keçirəcəklər.