Yaponyalı futbolçu rəsmən "Qalatasaray"da

Türkiyənin "Qalatasaray” klubu qış "transfer pəncərəsi”də heyətini gücləndirib.
 
İstanbul təmsilçisi "İnter”in müdafiəçisi Yuto Naqatomonu heyətinə qatıb. 32 yaşlı cinah müdafiəçisi artıq İstanbulda tibbi müayinədən keçib. O, "Qalatasaray"da icarə əsasında çıxış edəcək. 
 
Qeyd edək ki, Yaponiya yığması ilə 101 oyunda çıxış edən Yuto Naqatomo 2011-ci ildən "İnter”də çıxış edir .