Şəhriyar Məmmədyarov ikinci pilləyə yüksəldi

Beynəlxalq Şahmat Federasiyası (FİDE) 2018-ci ilin ilk reytinq siyahısını açıqlayıb.
 
Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov ötən ayla müqayisədə 1 pillə irəliləyib. 33 yaşlı şahmatçı xallarını 2814-ə çatdıraraq, 2-ci pilləyə yüksəlib.
 
Hazırda o, birinci pillədəki norveçli dünya çempionu Maqnus Karlsendən 29 xal geri qalıb. Azərbaycanın digər təmsilçilərinə gəldikdə, Teymur Rəcəbov 2748 xalla 18-ci, Rauf Məmmədov 2709 xalla 40-cı, Arkadi Naydiç isə 2705 xalla 41-cidir.