Əsgər salamına görə cəza
Türkiyə Futbol Federasiyası "Yeni Malatyaspor" klubunu cəzalandırıb.
Cəzaya səbəb klubun futbolçularının "Sivasspor"la matçdan öncə Afrinə dəstək üçün 1 dəqiqəlik əsgər salamı verməsidir. "Yeni Malatyaspor" bu cəzaya görə 15000 TL ödəməlidir.
Qeyd edək ki, "Yeni Malatyaspor" - "Sivasspor" matçı meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.