2 karateçimiz Avropa çempionu oldu

Karate üzrə yeniyetmələrdən ibarət Azərbaycan milli komandası Rusiyanın Soçi şəhərində keçirilən Avropa çempionatının ilk günündə 2 qızıl medal qazanıb.
 
 Tale Yaqubov (63 kq) və Polina Qurenko (47 kq) qitə çempionu olublar. Yeni ukraynalı legioner Qurenko final döyüşü də (8:0) daxil olmaqla, beş görüşdən üçünü vaxtından əvvəl azı 3 xal fərqli üstünlüklə, həmçinin cəmi 2 xal buraxmaqla başa vurub. Mükafatlandırma mərasimində idmançılarımıza qızıl medalları Azərbaycan Milli Karate Federasiyasının (AMKF) prezidenti Yaşar Bəşirov təqdim edib.
 
Kata yarışlarında təsəllverici görüşlərə qatılan Roman Heydərov bürünc mükafatın bir addımlığında mübarizəni dayandırıb. Ermənistanlı idmançını heç bir şans vermədən 5:0 hesabı ilə məğlub edən Osman Osmanlı (+70 kq) da mükafata gedən yolda ani bir səhv üzündən qələbəni əldən verib.